Şəkidə 44 yaşlı kişi intihar edib

sekide-44-yasli-kisi-intihar-edib
Oxunma sayı: 3290

Şəkidə 44 yaşlı kişi intihar edib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində 1974-cü il təvəllüdlü Hümmətov Rasim Mürsəl meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağında asılı vəziyyətdə aşkar edilib. Onun istintaqa məlum olmayan səbəbdən intihar etməsi müəyyənləşib.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma )maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.