Şəkidə 49 yaşlı kişini ilan sancıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Zunud kəndində baş verib.
Belə ki, həmin kənd sakini 1974-cü il təvəllüdlü Namiq Nadir oğlu Qurbanovun sahədə təsərrüfat işləri aparan zaman sol əlinindən sancıb.
N. Qurbanov yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, orada lazımi tibbi yardım göstərilib.
Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər