Şəkidə 56 yaşlı qadın dəm qazından zəhərlənib

sekide-56-yasli-qadin-dem-qazindan-zeherlenib
Oxunma sayı: 1079

Bu gün günorta saatlarında Şəki şəhəri,Şəhriyar küçəsi, ev 9 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Xuraman Nurəddin qızı Əkbərova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
 
“Qafqazinfo” xəbər verir ki, MRX-dan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, müayinə zamanı 56 yaşlı Xuraman Əkbərovanın yaşadığı ünvanda dəm qazından zəhərlənməsi məlum olub.
 
Xəstəxananın reanimasiya yerləşdirilən Xuraman Əkbərovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.