Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri dəm qazından zəhərlənib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə fevralın 21-dən 22-ə keçən gecə baş verib.
Beləki, 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran Azadoviç Adimo kirayədə qaldıqları mənzildə dəm qazından zəhərləniblər.
Tələbələr Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və xəstəxanada onlara lazımi tibbi yardım göstərilib, vəziyyətləri normal olduğu üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, hadisə ilə bağlı Şəki ŞRPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.
***
TƏBİB-dən bildirilib ki, fevralın 22-si saat 01:41 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə dəm qazı ilə zəhərlənmə şübhəsi ilə 6 nəfər (kişi cinsli) gətirilib.
Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olduğu üçün hər biri evə buraxılıblar.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər