Şəkidə 62 yaşlı kişi özünü tövlədə öldürdü

sekide-62-yasli-kisi-ozunu-tovlede-oldurdu
Oxunma sayı: 1265

Şəkidə 62 yaşlı kişi intihar edib.

“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə martın 8-də saat 06 radələrində rayonun Kiş kəndində qeydə alınıb.

Kiş kənd sakini, 1954-cü il təvəllüdlü Ələsgər Əsgər oğlu Niyzarovun meyiti yaşadığı evin həyətindəki mal tövləsində ailə üzvləri tərəfindən aşkar edilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.