Şəkidə it dişləməsi faktı qeydə alınıb.
"Qafqazinfo" ARB Şəki-yə istinadən xəbər verir ki, Hadisə nəticəsində 68 yaşlı Qoxmuq kənd sakini Zinyət Seyidova xəsarət alıb.
Onu dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Müayinə zamanı məlum olub ki, it xəstənin bud-baldır nahiyəsini dişləyib. Zərərçəkənə lazımi tibbi yardım göstərilib və ambulator müalicədən sonra evə buraxılıb.
Hazırda Zinyət Seyidovanın vəziyyətinin kafi olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər