Şəkidə 8 yaşlı oğlan hovuza yıxıldı - Vəziyyəti ağırdır

sekide-8-yasli-oglan-hovuza-yixildi
Oxunma sayı: 648

Şəkidə 8 yaşlı oğlan istirahət mərkəzinin hovuzunda yıxılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında 2009-cu il təvəllüdlü Əzizli Ayxan Qurban oğlu bilinməyən səbəbdən “Marxal” istirahət mərkəzinin hovuzuna yıxılıb.

Hadisədən sonra 8 yaşlı Ayxan Əzizli Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Şəki MRX-dan bildirilib ki, epilepsiya xəstəliyindən əziyyət çəkən Ayxan Əzizliyə sudaboğulma diaqnozu qoyulub. Komatoz  halda olan Ayxan Əzizlinin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.