Şəkidə aclıqdan əziyyət çəkən atlar qida ilə təmin olundu - Fotolar

sekide-acliqdan-eziyyet-ceken-atlar-qida-ile-temin-olundu
Oxunma sayı: 2924

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı məlumat yayıb.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı bütün məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır:

“Bu gün nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən Mərkəz atlar üçün xüsusi qida vasitələri və tibbi yardımla təmin edilib. 

Müəssisəyə ilkin maddi yardım təqdim olunub. Mərkəzdəki atlara tibbi xidmət göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib.

Qeyd edək ki, mərkəzə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb”.

Xatırladaq ki, sosial şəbəkələrdə Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzində atların yem çatışmazlığı səbəbindən aclıq çəkdiyini əks etdirən məlumat və görüntülər yayılmışdı.