Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəkinin Vərəzət kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şəki sakini Vüqar Cəlilov idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə, avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişin, Şahmar Mustafayev ağır bədən xəsarətləri alaraq, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov


Son xəbərlər
Son Xəbərlər