Şəkidə ağır qəza - 6 nəfər xəsarət aldı

sekide-agir-qeza
Oxunma sayı: 2507

Şəki şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun  məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Daşqaya deyilən ərazisində olub.

Belə ki, hərəkətdə olan mikroavtobus öncə minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb.

Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov