Şəkidə ağır qəza baş verdi - Görüntülər + Yenilənib

sekide-agir-qeza-bas-verdi
Oxunma sayı: 5633

Bu gün Şəkidə ağır qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəki-Oğuz yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə dörd nəfər ağır bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan 3-ə ilkin yardım göstərilərək evə buraxılıb. 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov