Şəkidə ağır qəza, ölən və yaralanan var

sekide-agir-qeza-olen-ve-yaralanan-var
Oxunma sayı: 1744

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, qəza bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Köbər-Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki “VAZ”markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, bir-neçəsi isə yaralanıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov