Şəkidə avtomobil qəzası olub.
"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Mazda" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Şəkidə baş verən yol qəzasında xəsarət alanların kimliyi bilinib.
Onlar sürücü - 1989-cu il təvəllüdlü Qəbələ şəhər sakini Əfqan Tofik oğlu Məlikov və sərnişin - 1986-cı il təvəllüdlü, Qəbələ şəhər sakini Fariz Kazım oğlu Eyvazovdur.
Mübariz Muradov


Son xəbərlər
Son Xəbərlər