Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

sekide-avtomobil-asib-xesaret-alanlar-var
Oxunma sayı: 2528

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Baş Küngüt kəndində baş verib. 

Belə ki, Şəki sakininin idarə etdiyi “Opel-Astra” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yolun kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişinlərdən, Baş Küngüt kənd sakinləri 1998-ci il təvəllüdlü Elşən Ramazan oğlu Hacıəhmədov və 1998-ci il təvəllüdlü Aqil Əyyub oğlu Əhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov