Şəkidə piyadanı avtomobil vuraraq öldürüb. "Qafqazinfo" xəbər verir ki, hadisə martın 13-də axşam saatlarında Şəki-Qax avtomobil yolunun Biləcik kəndindən keçən hissəsində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini idarə etdiyi "Renault Megane" markalı avtomobillə Qaxdan - Şəki istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1969-cu il təvəllüdlü Şəki rayon İkinci Biləcik kənd sakini Rəcəbov Elçin Sabir oğlunu vurub. Nəticədə E.Rəcəbov aldığı bədən xəsarətlərindən elə hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov

.jpg)
Son xəbərlər
Son Xəbərlər