Şəkidə avtomobil qaz xəttinə çırpıldı - Xəsarət alan var

sekide-avtomobil-qaz-xettine-cirpildi
Oxunma sayı: 1195

Şəkidə avtomobil qaz xəttinə çırpılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Baş Göynük kəndi ərazisində  baş verib.

Belə ki, İzzət Həsənovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobillə hərəkətdə olarkən, avtomobildə nasazlıq yaranıb və maşın idarəetmədən çıxaraq yol kənarından keçən qaz borusuna, daha sonra divara çırpılıb. Nəticədə qaz xətti zədələnib, avtomobildə olan sərnişin, sürucünün həyat yoldaşı 31 yaşlı Aynurə Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, zədələnən qaz xətti nəticəsində ətraf ərazidə olan bir-neçe evə təbii qazın verilişi dayandırılıb. Hazırda qaz xəttinin bərpası istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.