Şəkidə azyaşlını ilan sancdı

sekide-azyaslini-ilan-sancdi
Oxunma sayı: 2616

Şəkidə 6 yaşlı uşağı ilan sancıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün rayonun Qoxmuq kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Cəbiyev Həsən Rüfət oğlu ilan sancması əlamətləri diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Ona Şəki RMX-da lazımi ilkin tibbi yardım göstərildikdən sonra həkimlər onun müalicəsinin davam etdirilməsi üçün Respublika Toksikologiya Mərkəzinə göndəriblər.

Mübariz Məmmədov