Şəkidə əsəb xəstəsi özünü dispanserin 2-ci mərtəbəsindən atdı

sekide-eseb-xestesi-ozunu-dispanserin-2-ci-mertebesinden-atdi
Oxunma sayı: 1635

Bu gün günorta saatlarında Şəki Əsəb Xəstəlikləri Dispanserinə müalicəyə gətirilmiş rayonun Böyük Dəhnə kənd sakini 1980-ci il təvəllüdlü Şahmar Məmmədsaleh oğlu Osmanov dispanerin ikinci mərtəbəsində  pəncərəni sındıraraq özünü yerə atıb.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan Şahmar Osmanov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan bildirilib ki, Şahmar Osmanova sol qolun dirsək nahiyəsinin açıq sınığı və başın alın nahiyəsinin cırılmış yarası diaqnozu qoyulub. Şahmar Osmanova lazımi tibbi yardım göstərildikdən sonra Şəki Əsəb Xəstəlikləri Dispanserinə geri göndərilib.

Faktla bağlı araşdırma aparılır.