Şəkidə fərdi yaşayış evi yanıb.
“Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, yanğın fevralın 4-ü saat 01:00 radələrində rayonun Şəki kəndində baş verib. Kənd sakini Vazi Bayraməliyevə məxsus, ümumi sahəsi 48 kv.m olan birmərtəbəli, 2 otaqdan ibarət ev yanıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır
Son xəbərlər
Son Xəbərlər