Şəkidə evdə partlayış - 3 nəfər yaralandı

sekide-evde-partlayis
Oxunma sayı: 3462

Şəkidə evdə qaz sızması nəticəsində partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün rayonun Aşağı Göynük kəndində baş verib.

Həmçinin oxuyun: Её поместили в психбольницу, а через 6 лет посадили в тюрьму

Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı,
2021-ci il təvəllüdlü Soltanlı  Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov