Şəkidə evdən 19 minlik qızıl sikkələr oğurlandı

Şəkidə evdən 19 minlik qızıl sikkələr oğurlandı
Oxunma sayı: 1477

Şəki şəhər sakininin yaşadığı evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları və pul oğurlanıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, zərərçəkmişə məxsus evdən 18700 manat dəyərində qızıl sikkələrin və 3100 ABŞ dollarının oğurlandığı müəyyən olunub.

Oğurluğu törətməkdə şübhəli bilinən Şəki şəhər sakini 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi