Şəkidə gənc qadın dəm qazından zəhərləndi

sekide-genc-qadin-dem-qazindan-zeherlendi
Oxunma sayı: 1367

Şəkidə qadın dəm qazından zəhərlənib.

"Qafqazinfo"nun məlumatına görə Şəki şəhəri, Əfəndiyev küçəsində  yaşayan 1987-ci il təvəllüdlü Afət Nasir qızı Omarova yaşadığı ünvanda hamam otağında dəm qazından zəhərlənərək Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətini nəzərə alaraq xəstəni xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Mübariz Muradov