Mayın 10-da Şəkidə “Heydər Əliyev İli” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətli tərəfindən bədii-musiqili tədbir təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, bayramsayağı bəzədilmiş Bayraq Meydanında keçirilən tədbirdə respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən yerli mədəniyyət müəssisələrində fəaliyyət göstərən sənət adamları iştirak ediblər.
Bədii-musiqili tədbirdə ulu öndəri, həmçinin Azərbaycanı, Vətəni, vətənpərvərliyi özündə ehtiva edən şer və mahnı nümunələri səsləndirilib.
Tanınmış sənət adamlarının, ifaçıların çıxışları və maraqlı rəqs nömrələri tamaşaçılara xoş anlar yaşadıb.
Bədii-musiqili tədbir atəşfəşanlıqla başa çatıb.
Son xəbərlər
Son Xəbərlər