Şəkidə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirildi - Fotolar

sekide-heyder-eliyevin-anadan-olmasinin-99-cu-ildonumu-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 1669

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar mayın 10-da Şəki şəhərində yerləşən Heydər Əlliyev Mərkəzində bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs edib.

O, XX əsrin sonunun Azərbaycan xalqının həyatında mühüm bir dövr olduğunu bildirib:

“1993-cü ildə Azərbaycan xalqı dünyanın ən böyük siyasət adamını hakimiyyətə gətirdi. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib,  Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarıb və gələcəyə inamla baxan güclü bir dövlətə çevrilib”.

Qeyd olunub ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevrilib.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun zəfər yürüşü işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməsi ilə nəticələndi.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra bayram tədbiri konsert proqramı ilə davam edib.