Şəkidə yol qəza hadisəsi baş verib.
“Qafqazinfo” Kanal S-ə istinadən xəbər verir ki, hadisə şəhərin Lütfəli Abdullayev küçəsində qeydə alınıb.
Şəki sakini 1996-ci il təvəllüdlü Əhmədov Elxan Səlahəddin oğlunun idarə etdiyi 55-BJ-359 dövlət nömrə nişanlı, VAZ 2106 markalı avtomobil yolun kənarında dayanmış eyni markalı, 10-RJ-357 dövlət nömrə nişanlı digər avtomobilə dəyib. Nəticədə 55-BJ-359 nömrəli avtomobilin sürücüsü və iki sərnişini yaralanıblar.
Yaralılar Elxan Əhmədov, Tural Pirməmmədli və Elçin Yusifov Şəki MRX-ya aparılıb, vəziyyətləri yüngül qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər