Şəkidə iki maşın toqquşdu - Yaralılar var

sekide-iki-masin-toqqusdu
Oxunma sayı: 1234

Şəki-Qax avtomagistralında “İnkassator” minik avtomobili ilə toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında yolun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “İnkassator” avtomobili ilə “VAZ-2107” markalı minik avtomobili toqquşub. Qəza zamanı avtomobillərdə olan üç nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov