Şəkidə iki uşaq atası özünü asdı

sekide-iki-usaq-atasi-ozunu-asdi
Oxunma sayı: 3242

Şəkidə iki uşaq atası intihar edib.

Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 13:30 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsi, bina 12, ev 27 ünvanında yaşayan, 1958-ci il təvəllüdlü Faiq Səlim oğlu Səfərovun meyiti yaşadığı evin vanna otağından asılmış vəziyyətdə həyat yoldaşı tərəfindən aşkar edilib.

İki uşaq atası olan 59 yaşlı F. Səfərovun hansı səbəbdən intihar etdiyi istintaqa məlum deyil.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.