Şəkidə it üç azyaşlını dişlədi

sekide-it-uc-azyaslini-disledi
Oxunma sayı: 1418

Şəkidə bir it üç nəfəri dişləyib.

"Qafqazinfo"nun məlumatına görə, Şəkinin Qırxbulaq kəndində it kənd sakinlərinə hücum edib və üç nəfəri dişləyib. Xəsarət alan üç nəfər həmin kənd sakinləri, 2014-cü il təvəllüdlü Hüseynov Vüsal Nadir oğlu, 2011-ci il təvəllüdlü Əlili Adəm Polad oğlu və 2008-ci il təvbəllüdlü Əlifov Cəlal Cəvanşir oğlu Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanada yaralılara yardım göstərilib, quduzluğa qarşı peyvənd olunub və müalicələri davam etdirilir.

Mübariz Muradov