Şəkidə karantinlə bağlı zəruri tədbirlər davam etdirilir - Fotolar

sekide-karantinle-bagli-zeruri-tedbirler-davam-etdirilir
Oxunma sayı: 1450

Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Operativ Qərargahın tələblərinə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, qlobal pandemiya hesab olunan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər İcra Hakimiyyəti yanında operativ qərargahın və icra hakimiyyəti tərəfindən yaradılmış mobil qrupların üzvləri şəhərin küçə və prospektlərində, kənd və qəsəbələrdə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparır, vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları, ehtiyac yarandıqda isə elektron icazə aldıqdan sonra yaşadıqları yeri tərk edə biləcəkləri barədə məlumatlandırırlar, polis əməkdaşları tərəfindən hərəkət məhdudiyyətinin təmin olunmasına nəzarət edilir. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsi ilə sakinlərə karantin rejiminin tələblərinə riayət edilməsi ilə bağlı çağırışlar edilir.

Şəhər sakinlərinin tibbi maskaya olan tələbatının ödənilməsinə dəstək göstərilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə dərzi fəaliyyəti ilə məşğul olan bir qrup şəxsə lazımi şərait yaradılıb və tam steril şəraitdə tibbi maskaların hazırlanmasına başlanıb. Hazırlanan tibbi maskalar daha çox ehtiyacı olan sahələrə və şəxslərə verilir. Aprelin 8-də hazırlanan tibbi maskaların bir hissəsi könüllülər tərəfindən şəhər sakinlərinə paylanılıb.

Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların binaları, şəhər ərazisindəki istirahət parklarının ərazisi, yaşayış binaları, eyni zamanda marşrut avtobusları və dayanacaqlar mütəmadi olaraq dezinfeksiya olunur, küçə və prospektlər xüsusi məhlullar vastəsilə ilə yuyulur. Karantin rejimi ilə əlaqədar olaraq Şəki şəhərində tənha, ahıl vətəndaşlar və ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxlanılır,onlara sosial xidmətlər göstərir, zəruri tələbatlarının ödənilməsi həyata keçirilir.