Şəkidə köhnə uşaq xəstəxanası yanıb

sekide-kohne-usaq-xestexanasi-yanib
Oxunma sayı: 1461

Şəkidə istifadə olunmayan uşaq xəstəxanası yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən və hazırda istifadə edilməyən köhnə uşaq xəstəxanasında baş verib.

Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb. Yanğının ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov