Şəkidə koronavirusa qarşı profilaktik tədbirlər gücləndirilib - Foto

sekide-koronavirusa-qarsi-profilaktik-tedbirler-guclendirilib
Oxunma sayı: 1320

Artıq ölkəmizdə tətbiq edilən karantin rejimi mərhələ-mərhələ yumşaldılır. Lakin COVID-19 xəstəliyi uzunmüddətli bir prosesdir. Bu səbəbdən də hazırda mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir.

“Qafqazinfo” xəbər verir ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Şəki Şəhər İcra Hakimiyyəti yanında Operativ Qərargahın nəzarəti altında Şəki rayonu ərazisində profilaktik tədbirlər davam etdirilir.

Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri tərəfindən maarifləndirmə işləri aparılır, ictimai iaşə, ticarət və xidmət obyektlərində, ictimai nəqliyyatda koronavirus epidemiyasının profilaktikasına dair metodiki göstərişlərə əməl olunması vəziyyəti monitorinq edilir, tələb olunan yerlərdə tibbi maskadan istifadə olunmasının, sosial məsafəninin saxlanılmasının, şəxsi gigiyena qaydalarına əməl olunmasının zəruriliyi vətəndaşların və obyekt sahiblərinin diqqətinə çatdırılır. Səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsi ilə sakinlərə qaydalara əməl olunması ilə bağlı çağırışlar edilir.

Şəki şəhərinin mərkəzi küçə və prospektlərdə, müəssisə və təşkilatların inzibati binasında, eyni zamanda kənd və qəsəbələrin ərazisində dezinfeksiyaedici tədbirlər gücləndirilib.