Şəkidə maarifləndirici tədbir - Fotolar

sekide-maariflendirici-tedbir
Oxunma sayı: 1988

Aprelin 11-də Şəki Şəhər İcra Hakimiyyətində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli siyasəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Prezidenti seçilməsindən 5 il ötdüyünü bildirib.

O deyib ki, 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu.

İcra başçısı vurğulayıb ki, İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimizin qüdrəti və iqtisadi gücü daha da artıb, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi xeyli güclənib.

Qeyd olunub ki, son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub.