Şəkidə maşın yoldan çıxaraq aşıb - Yaralı var

Şəkidə maşın yoldan çıxaraq aşıb
Oxunma sayı: 939

Yevlax-Balakən-Gürcüstan yolunun 22-ci kilometrliyində Şəkinin Şəki kənd ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Şəkinin Şirinbulaq kənd sakini, 1982-ci il təvəllüdlü Bayraməliyev Yusif Rəcəbalı oğlu idarə etdiyi 02 BM 313 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə nəticəsində onun yanında olan sərnişin, Şəkinin Biləcik kənd sakini, 1992-ci il təvəllüdlü Aslanzadə Cavid Ülfət oğlu xəsarət alıb.

Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona sağ dirsəyin çıxığı və sol qolun sınığı diaqnozu qoyulub, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi