Şəkidə mikroavtobus aşdı, yaralılar var - Fotolar+Yenilənib

sekide-mikroavtobus-asdi-yaralilar-var
Oxunma sayı: 1855

Bakıdan Şəkiyə gedən “Ford” markalı mikroavtobus qəza törədib. 

“Qafqazinfo” xəbər verir ki, Anar adlı şəxsin idarə etdiyi mikroavtobus Şəki-Qax yolunun Göynük kəndi ərazisindən keçən hissəsində yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alanlar var. Onlar Şəki rayon Mərkəzi Xəstəxanasına  aparılıb.

***

Şəkidə baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub. Xəstəxanadan verilən məlumata görə, onlar 1966-cı il təvəllüdlü Qax rayon sakini İsayeva Nüşabə, Misir vətəndaşı olan 1960-cı il təvəllüdlü Sşraf Calal, Aşağı Göynük kənd sakini 1989-cu il təvəllüdlü Anar Rüstəmovdur.

Xəstələr müxtəlif bədən xəsarətləri alıblar. Onların vəziyyəti ağır qiymətləndirilir. 

Digər sərnişinlər isə vəziyyətləri yaxşı olduğundan onlara ilkin yardım göstərilib və evə buraxılıblar.

Mübariz