Şəkidə mikroavtobusun “TIR”la toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəki şəhəri “Daşqaya” adlanan ərazidə baş verib.
Belə ki, Şəkidən Suçma kəndi istiqamətində hərəkət Əfqan Nəbiyevə məxsus “Ford” markalı mikroavtobus Səməd Süleymanovun idarə etdiyi “TIR”la toqquşub.
Nəticədə mikroavtobusda olan 67 yaşlı Minayə Əlixanova bədən xəsarəti alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər