Mayın 27-də Şəkidə Heydər Əliyev Mərkəzində 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhər rəhbərliyi, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları iştirak ediblər.
Daha sonra tədbir Mərkəzin akt zalında davam etdirilib. Bayram tədbirində torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbirdə çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da, onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər həyata keçirdi, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar oldu. Olduqca çətin bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Ümummilli liderin hərtərəfli uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir deyən Elxan Usubov bildirib ki, Prezident hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə, tarixinə böyük hörmət və ehtiramla yanaşır . Belə ki, 28 May - Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təntənə qeyd edilir, Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə qoyulub, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Tədbirin sonunda Şəki şəhər Uşaq İncəsənət Məktəbinin hazırladığı konsert proqramı nümayiş olunub.






Son xəbərlər
Son Xəbərlər