Şəki şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq, xüsusi karantin rejimi ləğv olunan rayonlardan biri kimi, mövcud şəraitə uyğun zəruri tədbirlərin həyat keçirilməsi davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, Şəki şəhər İcra Hakimiyətinin başçısı Elxan Usubov tərəfindən şəhər ərazisində, kənd və qəsəbələrdə dezinfeksiya işlərinin gücləndirilməsi, İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri tərəfindən monitorinqlərin keçirilməsi və maarifləndirmə işlərinin davam etdirilməsi, səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsi ilə sakinlərə tələb olunan qaydalara əməl etmələri ilə bağlı çağırışlar edilməsi istiqamətində tapşırıqlar verilib.
Tapşırıqlara uyğun olaraq gün ərzində Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri tərəfindən maarifləndirmə işləri davam etdirilir, sakinlərə işləri olmadığı təqdirdə evdən çıxmamaları, sosial məsafəni qorumaları, maska və dezinfeksiyaedici vasitələrdən istifadə etmələri, 10 nəfərdən çox sakinin bir yerə toplaşmaması tövsiyə olunur.
Eyni zamanda ərazidə yerləşən ictimai-iaşə müəssisələri, ticarət obyektləri, bərbərxana və gözəllik salonlarında koronavirus epidemiyasının profilaktikasına dair metodiki göstərişlərə necə əməl olunması monitorinq edilir, obyekt sahibləri və işçilər Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ləğv olan rayonlar üçün qüvvədə olan tələb və tövsiyələri ilə tanış edilir və qaydalara əməl edilməsinin vacib olduğu onların diqqətinə çatdırılır.




Son xəbərlər
Son Xəbərlər