Şəkidə pilləkəndən yıxılan kişi öldü

sekide-pillekenden-yixilan-kisi-oldu
Oxunma sayı: 1877

Şəkidə pilləkəndən yıxılan 83 yaşlı qoca dünyasını dəyişib. 

"Qafqazinfo" xəbər verir ki, bu gün günorta saatlarında rayonun Bideyiz kənd sakini, 1936-cı il təvəllüdlü Əlövsət Şirəli oğlu Həmidov döş qəfəsinin qapalı  küt travması,  döş qəfəsinun sağ hissəsində  1,2,3,4,5,  sol hissəsində isə 6,7,8 və 9-cu qabırğaların sınığı və bel fəqərəsinin sınığı dioqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.  

Xəstəxanadan verilən məlumata görə, müayinə zamanı 83 yaşlı Ə. Həmidovun yaşadığı evdə pilləkəndən yıxıldığı məlum olub. 
Aparılan tibbi yardımlara baxmayaraq Ə. Həmidov axşam saat 18:00 radələrində aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Mübariz