İyunun 30-da Şəki Şəhər-Rayon Polis şöbəsində 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Şəhər-Rayon Polis şöbəsinin rəisi polkovnik Elnur Həsənov, RİH-nin məsul şəxsləri, veteran polis işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı Elxan Usubov polis əməkdaşlarını təbrik edib və ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə 710 nömrəli Fərmanına əsasən hər il 2 iyul tarixinin “Azərbaycan Polisi Günü” kimi qeyd edildiyini, Azərbaycan polisinin ötən dövrdə şərəfli yol keçdiyini, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını, Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatların nəticəsi olaraq, polisin vahid hüquq mühafizə orqanı kimi formalaşdığını vurğulayıb.
E.Usubov 2003-cü ildən başlayaraq ölkəmizdə Prezidentin konsepsiyasına uyğun olaraq, inkişafın yeni mərhələsinin başlandığını, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında böyük qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının vahid komandanlıq altında xüsusi qəhrəmanlıq göstərdiyini, Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edib.
Tədbirin sonunda Şəki ŞİH başçısının müvafiq sərəncamına əsasən xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərman və hədiyyələr təqdim edilib.






Son xəbərlər
Son Xəbərlər