Şəkidə 51 yaşlı qadını it dişləyib. "Qafqazinfo" xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından virtualaz.org-a verilən məlumata görə, mayın 9-u günorta saatlarında rayonun Göybulaq kənd sakini, 1965-ci il təvəllüdlü Göyçək Şahmərdan qızı Mahmudova hər iki qolun bilək nahiyəsinin it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 51 yaşlı Göyçək Mahmudovaya öz itləri hücum edib. Göyçək Mahmudovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra quduzluq əleyhinə peyvənd edilərək evə buraxılıb. Məlumatda bildirilir ki, Göyçək Mahmudovanı dişləyən it onun yaxınları tərəfindən öldürülüb.
Son xəbərlər
Son Xəbərlər