Şəkidə qəzada sürücü öldü, sərnişin yaralandı

sekide-qezada-surucu-oldu-sernisin-yaralandi
Oxunma sayı: 1084

Şəkidə ağır yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Şəkinin giriş qapısı adlanan ərazisində  qeydə alınıb. Belə ki, Şəki sakini 25 yaşlı Tərlan İsgəndərov idarə etdiyi  55 BT 367 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və şəhərin giriş qapısına çırpılıb.

Nəticədə sürücü yerindəcə həyatını itirib. Avtomobildə olan sərnişin Namiq İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-na çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu