Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 aprel-Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhər rəhbərliyi, sahibkarlar, investorlar, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda fəaliyyət göstərən bütün sahibkarları Sahibkarlar Günü münasibətilə təbrik edib.
İcra başçısı bildirib ki, Şəki rayonunun iqtisadi inkişafının təmin olunması, burada biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunda xüsusi çəkiyə malik olan kənd təsərrüfatı və turizmin inkişaf etdirilməsi məqsədilə lazımi şərait yaradılmaqla rayona investorlar cəlb olunur: “Özəl investisiyanın rayona cəlb olunması müxtəlif sahələrin inkişaf etdirilməsi ilə yanaşı əhalinin məşğulluğunun təmin edilməsi baxımından da mühüm rol oynayır.
Rayonda böyük investisiya layihələri çərçivəsində müasir texnologiya əsasında istehsal və emal müəssisələri yaradılıb, kommunikasiya xidmətləri gücləndirilib, sürətli internet avadanlıqları quraşdırılıb, turizm obyektləri və yeni çoxmərtəbəli yaşayış binalarının tikintisinə başlanılıb”.







Son xəbərlər
Son Xəbərlər