İyulun 9-da Qurban bayramı münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbiri çıxışı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açıb.
O bildirib ki, qəhrəman əsgər və zabitlərin fədakarlığı, şəhidlərin canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin olunub.
Görüşdə iştirak edən Millət vəkili Vüqar İskəndərov şəhid ailələrinin üzvlərini bayram münasibətilə təbrik edib, şəhidlərimizin ailə üzvlərinə hörmət və ehtiramın daim uca tutulduğunu qeyd edib, şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan söhbət açıb.
Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda şəhid ailələrinə ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.



Son xəbərlər
Son Xəbərlər