Şəkidə seldən sonra kəndlə əlaqə kəsildi - Foto+Video

sekide-selden-sonra-kendle-elaqe-kesildi
Oxunma sayı: 2983

Xəbər verdiyimiz kimi, Şəkiyə yağan intensiv yağış güclü selə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, ötən gündən başlayaraq qeydə alınan qeyri-sabit hava şəraiti nəticəsində Qurucana çayına güclü sel gəlib. Rayonun Baş Göynük və Baş Şabalıd kəndləri arasındakı körpünü sel aparıb. Nəticədə 1200 nəfər əhalisi olan Baş Şabalıd kəndi ilə də əlaqə kəsilib.

Xatırladaq ki, dünən axşam saatlarında Qurucana çayına gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Şamil Əhmədovun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mübariz Muradov