Şəkidə “Şuşa İli” çərçivəsində növbəti tədbir keçirilib - Fotolar

sekide-susa-ili-cercivesinde-novbeti-tedbir-kecirilib
Oxunma sayı: 1114

Mayın 20-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Şuşa İli” çərçivəsində “Xan Şuşinski və Şuşanın dağları” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti, Şəki Regional Mədəniyyət İdarəsi və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

 Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları şəhid Elçin Nadirovun övladı Arzu Nadirovanın ifasında “Şuşanın dağları” rəqsinə tamaşa ediblər.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 44 gün davam edən və düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini, 2020-ci il noyabrın 8-də tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsinin müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldığını bildirib.

Şuşa İli çərçivəsində ölkəmizdə, o cümlədən Şəki şəhərində müxtəlif tədbirlərin keçirildiyini qeyd edən icra başçısı bu tədbirin Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Xan Şuşinskiyə həsr olunduğunu bildirib.