Şəkidə taxta sexi yandı

sekide-taxta-sexi-yandi
Oxunma sayı: 803

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 168 kvadratmetr olan altıotaqlı taxta sexində yanğın baş verib.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə nəticəsində taxta sexinin 1 otağı yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.