Şəkidə ulu öndərin 100 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib - Fotolar

sekide-ulu-onderin-100-illik-yubileyine-hesr-olunmus-yigincaq-kecirilib
Oxunma sayı: 1328

May ayının 10-da Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsmi yığıncaq keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda şəhər icra hakimiyyətinin məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP-ın fəal üzvləri, millət vəkilləri, ziyalıların, gənclərin nümayəndələri, Şəki şəhər icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Ulu Öndərlə görüşlərin iştirakçısı olmuş şəxslər iştirak ediblər.

Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yığıncaqda geniş məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illərdə və müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti haqqında geniş məlumat verilib, bu müddətdə Ulu Öndərin rəhbərliyi ilə respublikamızda və Şəki rayonunda görülmüş işlərdən söz açılıb, dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı” sənədli filmi nümayiş olunub.