Şəkidə xəsarət alanlardan biri “Qəbələ”nin əməkdaşıdır

sekide-xesaret-alanlardan-biri-qebelenin-emekdasidir
Oxunma sayı: 3410

Şəkidə baş verən hadisə nəticəsində xəsarət alanlardan biri "Qəbələ" futbol klubunun əməkdaşı İlkin Məmmədovdur.

"Qafqazinfo" xəbər verir ki, o, ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirlib.

Yaxınlarının verdiyi məlumata görə, İlkin Məmmədov hadisə yerində ailəlikcə olub. Ailənin digər üzvlərinin xəsarət almadığı bildirilir.