Şəkidə yanğın davam edir

Şəkidə yanğın davam edir
Oxunma sayı: 1574

Bu gün günorta saatlarından başlayaraq Şəkinin Baş Layısqı və Cunut kənd ərazilərindəki xırda ağaclıq və kol-kos sahələrində yanğınlar başlayıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə yerinə Şəki də daxil olmaqla, Zaqatala və Qaxdan yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.

Yanğınsöndürənlər  yanğının kəndə keçməsinin qarşısını almaq ücün Cunut və Layısqı kənd yaxınlarında tədbirlər aparırlar.

Havanın küləkli olmağı yanğının söndürülməsinə mane olur.

Mübariz Məmmədov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi