Şəkidə yol qəzası, xəsarət alanlar var

sekide-yol-qezasi-xesaret-alanlar-var
Oxunma sayı: 2361

Şəkidə mikroavtobusla minik avtomobili toqquşub.

"Qafqazinfo"nun  məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Cəfərabad kəndindən keçən hissəsində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Balakən rayon sakiniHacıağa Carulla oğlu Hacıyevin idarə etdiyi "Mercedes" markalı avtomobil mikroavtobusla toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov